Latviya Belarusdan hərbi yüklərin dəmir yolu ilə tranzitinə qadağa qoydu

DÜNYA 15 may 2022, 14:28
Mayın 10-da Latviya hərbi yüklərin Latviya limanları vasitəsilə Belarusdan üçüncü ölkələrə birbaşa dəmir yolu ilə daşınmasına icazə verən sazişi dayandırıb.

Demokrat.az 
“Ukrinform ” a istinadən xəbər verir  ki, bu barədə ölkənin rabitə nazirliyi məlumat yayıb.

Nazirlik xatırladır ki, hərbi yüklərin Belarusdan dəmir yolu ilə birbaşa üçüncü ölkələrə Latviya limanlarından istifadə etməklə daşınması haqqında saziş 1994-cü il yanvarın 25-də, Latviyanın hələ Avropa İttifaqına üzv olmadığı vaxt imzalanıb.

Daha sonra, 2004-cü il mayın 1-də Latviya Aİ-yə qoşuldu, 29 mart 2004-cü ildə ölkə NATO-ya üzv oldu. Bu baxımdan, Latviya bu beynəlxalq təşkilatların hüquq normaları ilə bağlıdır və Belarusla müqavilə bu qaydalara uyğun gəlmir. 

“Həmçinin, ümumilikdə Latviya hökuməti Rusiyanın Ukraynadakı müharibəsi kontekstində Rusiya və Belarusla ikitərəfli münasibətlərə yenidən baxır”, - deyə məlumatda bildirilir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top