"Avroviziyada ən yüksək ballardan birini Azərbaycandan aldıq" — Ukrayna səfirindən ETİRAF

GÜNDƏM 15 may 2022, 12:09
Ukrayna Avroviziyada ən yüksək ballarından birini Azərbaycan tamaşaçısından aldı.

 Demokrat.az
-ın xəbərinə görə, bunu sosial şəbəkə hesabında Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski qeyd edib.

"Ukraynanın "Kalush" orkestr qrupu Avroviziyanın qalibi oldu. Bizim qrup ən yüksək ballarından birini Azərbaycan tamaşaçısından aldı. Dostlar, səmimi dəstəyinizə görə sağ olun. Əminəm ki, bizim hələ ortaq qələbələrimiz qarşıdadır" - deyə səfir bildirib.

 

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top