Elçin Şıxlı: “ƏDV-nin ləğvi kitab və qəzetlərin satışına müsbət təsir göstərə bilər”

MEDİA 13 may 2022, 16:34
“Çap məhsullarının hazırlanması üçün lazım olan kağızın əlavə dəyər vergisindən azad edilməsi çox müsbət haldır”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib.  

Elçin Şıxlının sözlərinə görə, onsuz da bu gün kitablar bahadır və onu oxuyan da azdır:

“Təbii ki, baha olanda da kitab almaq istəyənlərin sayı əgər 5 idisə, onlardan cəmi 2-si alırdı. Ona görə də, ƏDV-nin götürülməsini çox yaxşı hal kimi qiymətləndirirəm”. 

E.Şıxlı bildirib ki, qəzet kağızının da ƏDV-dən azad olunması nəşriyyatların işinə müsbət təsir göstərəcək:

“Təbii ki, bu yenilik çap mətbuatının maya dəyərinin, hesabat xərclərinin azalmasına gətirib çıxaracaq. Ümumiyyətlə, qəzetlərin də özlərini dolandıra bilməsi üçün maya dəyərinin aşağı olmasına xeyli ehtiyac var idi. Çünki, maya dəyəri aşağı olduqca, kağızların satış qiyməti də ona uyğun olaraq aşağı enə bilər. Bu da qəzetlərin müəyyən mənada satışına müsbət təsir göstərə bilər”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top