NATO-nun Baş katibi koronavirusa yoluxdu

DÜNYA 10 may 2022, 23:24
NATO-nun Baş katibi Yens Stoltenberq koronavirusa yoluxub.

Bu haqda NATO-nun sözçüsü Oana Lunqesku məlumat yayıb.

O bildirib ki, Baş katib xəstəliyi yüngül  keçirir.

Qeyd olunub ki, Stoltenberq NATO-nun qərargahının yerləşdiyi Belçikada qaydalara uyğun olaraq işini evdən davam etdirəcək.

Yens Stoltenberqin mayın 14-15-də Almaniyanın paytaxtı Berlində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısına sədrlik etməsi planlaşdırılırdı. Onun
Berlinə gedib-getməyəcəyi açıqlanmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top