"Ukrayna yenidən ayağa qalxacaq" — Conson

GÜNDƏM 09 may 2022, 22:34
Britaniya hökumətinin başçısı Boris Conson  qeyd edib ki, ukraynalılar bütün dünyaya nümayiş etdiriblər ki, azad olmağa qərar vermiş xalqa heç nə qalib gələ bilməz.

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Boris Conson Ukraynanın Rusiya ilə müharibədə qalib gələcəyinə əminliyini ifadə edib.

Böyük Britaniyanın baş naziri bu barədə İkinci Dünya Müharibəsində nasizm üzərində qələbə münasibətilə müraciətində deyib.

Conson Rusiyanın hərbi təcavüzünə cəsarətlə müqavimət göstərən və “öz torpaqlarında sülh və azadlıqdan başqa” heç nə istəməyən ukraynalıları dəstəklədiyini bildirib.

"Mən heç vaxt Ukraynanın qalib gələcəyinə bu qədər əmin olmamışdım. Ukrayna azad olacaq və suveren Ukrayna yenidən ayağa qalxacaq".

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top