Ermənistan müxalifəti bu gün də aksiya keçirir

REGİON 05 may 2022, 09:48
Ermənistanın paytaxtı İrəvanda ölkənin Baş naziri Nikol Paşinyana qarşı növbəti etiraz aksiyası keçirilir.

Demokrat.az xəbər verir ki, müxalifət nümayəndələri İrəvanda yenidən bir neçə küçəni bağlayıb.

Aksiya iştirakçıları vətəndaşları onlara qoşulmağa çağırıb. Hələ ki saxlanılanlar barədə məlumat yoxdur.

Xatırladaq ki, Ermənistanda aprelin sonundan etibarən ölkənin Baş naziri Nikol Paşinyana qarşı aksiyalar təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər. Müxalifət nümayəndələri aksiyalar zamanı İrəvanda küçələri və vilayətlərdə avtomobil yollarını bağlayırlar.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top