Rusiya “Azovstal”a zərbələr endirir — VİDEO

GÜNDƏM 04 may 2022, 22:41
Rusiya qoşunları artıq “Azovstal” ərazisindədir.

Bu barədə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı və “Xalqın qulluqçusu” fraksiyasının rəhbəri David Araxamia “Azadlıq” radiosuna açıqlamasında bildirib.

"İkinci gündür ki, zavoda basqın etmək cəhdləri davam edir. Rusiya qoşunları artıq “Azovstal” ərazisindədir", - Araxamia deyib.

O, təfərrüatları açıqlamayıb.

Ukrayna Baş Qərargahının məlumatına görə isə, hazırda ərazi blokadaya alınıb və Mariupolda Azovstal ərazisində Ukrayna bölmələrinə zərbələr endirilir. 

"Bəzi rayonlarda aviasiyanın dəstəyi ilə düşmən zavodun ərazisini nəzarətə götürmək üçün hücumu bərpa edib. Lakin uğur əldə etməyib", - məlumatda deyilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top