Polad Həşimovla bağlı film çəkildi

MƏDƏNİYYƏT 04 may 2022, 14:47
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri "Salnaməfilm” studiyasında istehsal olunub.

2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimov haqqında çəkilmiş filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.



“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi 4 may 2022-ci il tarixində, saat 19-00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə Şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top