Ölü sanıb morqa göndərirdilər, amma...

DÜNYA 02 may 2022, 19:30
Çində baş verən hadisə eşidənlərin sərt reaksiyasına səbəb olub.

Demokrat.az xəbər verir ki, Çinin Şanxay şəhərində yerləşən qocalar evində yaşlı qadının koronavirus səbəbindən öldüyünü sanıb cəsəd kisəsinə qoyublar.

Cəsədi təhvi lalmağa gələn səlahiyyətli şəxslər kisənin tərpəndiyini görüb onu açıblar. Məlum olub ki, qadın ölməyib, sağdır.

Yaşlı qadın təkrar qocalar evinə göndərilib və müəssisənin rəsmilərinə sərt xəbərdarlıq edilib.

Qeyd edək ki, hadisəni eşidənlər olaya sərt reaksiya göstəriblər.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top