Prezidentin köməkçisi məşhur yoqin Sadhquru ilə görüşdü — FOTO

SİYASƏT 02 may 2022, 13:11
Prezidentin köməkçisi Anar Ələkbərov 100 günlük dünya səyahətinə çıxan məşhur yoqin Sadhquru (Caqqi Vasudev) ilə görüşüb.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə məlumatı həmin görüşdə iştirak edən Milli Məclisin deputatı Soltan Məmmədov öz feysbuk hesabında paylaşıb.

Deputat bildirib ki, Sadhquru 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini qət edəcək, yolboyu ətraf mühit müdafiəçilǝri ilə ünsiyyət quracaq:              

“Torpağı qoruyaq” (“Save Soil”) missiyası ilə motosikletlə 100 günlük səyahətə çıxan məşhur yoqin Sadhquru (Caqqi Vasudev) ilə görüşümüz oldu. O, 100 günlük səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26 ölkəsini-ümumilikdə 30 min km məsafəni qət edəcək, yolboyu ətraf mühit müdafiəçilǝri ilə ünsiyyət quracaq. İnsanları planeti qorumaq naminə birləşdirməyə çalışan, bütün ölkələri və siyasi liderləri Yer kürəsini xilas etmək naminə milli siyasət strategiyası müəyyən etməyə çağıran, özünü bəşəriyyətin fiziki, əqli və mənəvi rifahına həsr edən bu unikal şəxsiyyətlə söhbətdən əvəzsiz zövq almaq və çox şey öyrənmək mümkündür”.
 
“Bu gün torpağın, ətraf mühitin qorunması hər birimizin borcudur. Məncə biz yalnız özümüzü deyil, yaxınlarımızı, dostlarımızı da bu nəcib missiyada iştiraka təşviq etməliyik. Mütəxəssislərin rəyinə görə becərilən torpaqların ən azı 3 faizi mikroorqanizmlərdən ibarət olmalıdır, lakin bu gün həmin göstərici 1,5 faizi keçmir. Bu, əslində, bütün bəşəriyyət üçün həyəcan siqnalı olmalıdır. Sadhquru öz təşəbbüsü ilə bu həyəcan siqnalını səsləndirən ən fəal insanlardan biridir. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan səfər zamanı diplomatlar, media nümayəndələri ilə keçirilən görüşlərdə gələcək nəsillər üçün ətraf mühiti qorumaq naminə birliyə, həmrəyliyə dəvət etdi. Onunla söhbətdən gəldiyim nəticə budur ki, dünyamız üçün vacib olan bu təşəbbüs öz məqsədinə çatacaq” - deyə S.Məmmədov qeyd edib.

Zamiq
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top