Odessa üzərində Rusiyanın üç raketi vuruldu

DÜNYA 29 apr 2022, 00:27
Dünən gecə Rusiya pilotsuz uçan aparat vasitəsilə hava kəşfiyyatı aparmağa cəhd etsə də, o da bizim hava hücumundan müdafiə vasitələrimiz tərəfindən vurulub.

Demokrat.az UNİAN-a istinadən bildirir ki,  bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Maksim Marçenko məlumat verib.

"İndi  Odessa vilayəti üzərində səmada hava hücumundan müdafiə bölmələrimiz dinc sakinləri öldürmək üçün uçan Rusiyanın üç raketini vurub. Qüsursuz işlərinə görə hərbçilərimizə təşəkkür edirik", - o deyib.

Marçenko onu da bildirib ki, ötən gecə ruslar pilotsuz uçan aparatdan istifadə etməklə infrastruktur obyektlərinin havadan kəşfiyyatını həyata keçirməyə cəhd edib, lakin o da hava hücumundan müdafiə bölmələri tərəfindən vurulub.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top