Rusiya səfiri Buçada mülki şəxslərin qətli ilə bağlı ittihamı cavablandırdı

REGİON 05 apr 2022, 12:24
Rusiyanın ABŞ-dakı səfiri Buçadakı kütləvi qətllər barədə Moskvaya yönəlik ittihamları yalan və sinizm adlandırıb.

Demokrat.az xəbər verir ki, səfir Antonovun mediaya açıqlaması səfirliyin telegram-kanalında yayılıb.  Diplomat Vaşinqtonun prokuror mövqeyi  tutaraq  cinayətkar  təyin etməyə başladığını bildirib.

“Buça şəhərindəki təxribat yalanın və kinli davranışın zirvəsidir. Vaşinqtonda heç bir dəlil olmadığı üçün dərhal prokuror mövqeyi tutaraq cinayətkar təyin etməyə başlayıb”, – deyə Antonov bildirib.

O, həmçinin ABŞ-ın Rusiya hərbçilərinin Ukrayna ərazisində törətdiyi iddia edilən hərbi cinayətlərlə bağlı bəyanatlarını əsassız ittiham adlandırıb.  

Səfir  deyib ki, bu Qərbin Rusiya ordusunu şər xislətli  qüvvə kimi təqdimatı ilə bağlı aparılan koordinasiyalı cəhdin bir hissəsidir.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top