ABŞ prezidenti dünya müsəlmanlarını təbrik etdi

DÜNYA 02 apr 2022, 09:09
ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.

Bu barədə “Report” dövlət başçısının tviter hesabına istinadən xəbər verir.

“Jil və mən Ramazan ayının əvvəli ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, Sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan Kərim!”, - dövlət başçısı sosial şəbəkə hesabında yazıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top