Bakıda tanışını öldürən şəxsin məhkəməsi başlayır

HADİSƏ 30 mar 2022, 09:22
Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Rəhman Əzizovun ibtidai istintaqı yekunlaşıb.

Demokrat.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin vaxtı məlum deyil.

Qeyd edək ki hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü R.Əzimov şəxsi münasibətlər zəminində mübahisə zamanı 1962-ci il təvəllüdlü Məhəmməd Əliyevin üz nahiyəsinə yumruqla vurub, sonuncu zərbənin təsirindən yerə yıxılıb və başı asfalt örtüyünə dəyərək xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb, lakin orada dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

R.Əzimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top