Nazirlik “Veysəloğlu”ya son şansı verdi

İQTİSADİ 05 mar 2022, 12:21

Məlumat verdiyimiz kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə tələb olunan sənəd və məlumatları təqdim etmədiyinə görə “Veysəloğlu” MMC-yə qarşı antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırılmışdı.

Dövlət Xidmətindən Demokrat.az-a bildirilib ki, işəbaxma zamanı MMC tələb olunan sənəd və məlumatları tam həcmdə təqdim edərək gecikmənin səbəbini şirkətdə yaranan texniki problemlərlə əlaqələndirib. “Veysəloğlu” MMC bu cür halların təkrarlanmayacağına dair öhdəlik götürüb və qaldırılmış işə xitam verilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top