Vəzifəyə təyin olunan şəxs Zaurun bibisi deyilmiş

SOSİAL 28 yan 2022, 23:30
Ötən gün akademik Gövhər Baxşəliyevanın Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti vəzifəsini icra edəcəyi ilə bağlı xəbər vermişdik. Bəzi xəbər saytları isə Gövhər Baxşəliyevanın aparıcı Zaur Baxşəliyevin bibisi olduğunu yazmışdı.

"Ölkə.Az"ın əldə etdiyi məlumata görə, akademik Zaur Baxşəliyevin bibisi deyil. Gövhər Baxşəliyeva SSRİ dövründə Azərbaycanın maliyyə naziri və Azərbaycan SSR Ali Sovetinin deputatı vəzifələrində çalışmış Baxşəli Baxşəliyevin qızıdır. Baxşəli Baxşəliyev 1920-ci ildə Bərdə şəhərində anadan olub. 1970-1987-ci illərdə nazir, 1971-1985-ci lllərdə isə 4 çağırış deputat vəzifəsini icra edib.

Qeyd edək ki, Gövhər Baxşəliyevanın bir qardaşı da həkimdir. Uzun illər Bakıdakı xəstəxanalardan birində baş həkim vəzifəsində işləyib. Zaur Baxşəliyevlə Gövhər Baxşəliyevanın yalnız soyadları eynidir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top