Bərdədə fəhlələr arasında dava — Təfərrüat

KRİMİNAL 24 yan 2022, 15:28
Bərdə rayonunda 1975-ci il təvəllüdlü Bədrəddin şəxsi münasibətlər zəminində Xalidə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən il yanvarın 11-də baş verib. Bədrəddin həmin gün təxminən saat 15 radələrində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Çinqouz dairəsi” adlanan yerin yaxınlığında aralarında şəxsi münasibətlər zəmnində yaranmış münaqişə zamanı yumruqla Xalidin sifət nahiyyəsindən bir dəfə vurub. 
İstintaq orqanı tərəfindən Bədrəddinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bədrəddin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Çinqouz” adlanan ərazidə fəhlə kimi dayanaraq müxtəlif şəxslərin işlərini görür: Yanvarın 11-də, saat 15 radələrində həmin ünvanda dayanaraq iş gözləyərkən əvvəldən tanıdığım Xalid adlı şəxsin içkili halda orada dayandı. Xalidlə aramızda yaranan söhbət əsnasında ünvanıma nəlayiq söyüşlər işlətdi. Mübahisə zamanı Xalidin burun nahiyyəsindən bir dəfə yumuruqla vurdum. Həmin vaxt yaxınlıqda olan İlqar adlı şəxs bizi ayırdı”. 

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Xalidin sözlərinə görə, Bərdə şəhəri “Çinqozun dairəsi” deyilən yerə fəhlə kimi işləmək məqsədi ilə çıxır: “Yanvarın 11-də fəhləlik etmək məqsədi ilə Bərdə şəhəri “Çinqozun dairəsi” deyilən yerə ”Polad” inşaat mağazasının qarşısına getdim. Orada fəhləlik üçün çıxan şəxslər arasında söhbət zamanı iki nəfər şəxsin tibbi maska taxmadığı üçün rayon polis şöbəsinə aparıldığını, həmin şəxslərdən birinin də əvvəlcədən tanıdığım Bədrəddin adlı şəxs olmasını öyrəndim. Bir müddət keçdikdən sonra Bədrəddin özü yanımıza gəldi. Ondan öyrəndim ki, tibbi maskadan istifadə etmədiyi üçün həqiqətən rayon polis şöbəsinə aparılıb. Bədrəddin təkrar tibbi maskadan istifadə etmədiyi üçün ona tibbi maskadan istifadə etməsini məsləhət gördüm. Bədrəddin isə etdiyim məsləhətə kobud şəkildə qarşılıq verdi, əsaslı bir səbəb olmadan mənimlə münaqişə etməyə başladı. Bir dəfə yumuruqla burun nahiyəmdən vurdu”.

Zərərçəkmiş bildirib ki, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, məlumat verdikdən sonra isə Bədrəddin oradan gedib. O qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona dəymiş zərər ödənilib və ondan heç bir şikayəti yoxdur. 

Bərdə rayon Məhkəməsinin hökmü ilə Bədrəddinin barəsində olan cinayət təqibinə xitam verilib, o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top