Vəkilindən Mahir Xəttabın səhhəti ilə bağlı AÇIQLAMA

HADİSƏ 24 yan 2022, 11:54
Nəsimi rayon Məhkəməsinin hökmü ilə barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov (Xəttab) vəkili Araz Nurməmmədovla Bakı İstintaq Təcridxanasında görüşüb.
  
Bu barədə Demokrat.az-a vəkilin özü məlumat verib. 

Məlum olduğu kimi Mahir Ələkbərovun (Xəttab) 19 yanvar 2022-ci il tarixindən etibarən müddətsiz olaraq aclıq elan edib. 

Vəkil bildirib ki, Mahir Ələkbərov sağlamlığında hər hansı problemlər yoxdur, barəsində çıxarılmış hökmə etiraz olaraq aclığını davam etdirir: “Dövlətə və dövlət başçısına olan inamı yüksəkdir və yuxarı instansiya məhkəməsi tərəfindən barəsində çıxarılmış hökmün ləğv edilməsinə və bəraət hökmünün çıxarılmasına ümid edir”. 

Rəsmi məlumata görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan materiallar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top