Şəmkirdə ambulans qəzaya düşdü

HADİSƏ 23 yan 2022, 22:19

Şəmkirdə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb. 

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan "UAZ" markalı tibbi yardım avtomobili "VAZ"la toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top