Sahib Alıyev: “Ermənistan yeritdiyi işğalçılıq siyasəti sayəsində öz beynəlxalq subyektivliyini itirib”

GÜNDƏM 22 yan 2022, 14:34
“Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılmasında Azərbaycanla Türkiyə həmişə maraqlı tərəf kimi çıxış ediblər. Yəni, həmişə deyərkən İkinci Qarabağ savaşından sonrakı dövrü nəzərdə tuturam”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat vurğulayıb ki, cənab İlham Əliyevlə cənab Ərdoğanın təşəbbüsçüsü olduqları “Altılıq platforması”da region dövlətləri arasında əlaqələrin normallaşmasını ön görür: 



“Təbii ki, burada Ermənistan əlaqələrindən də söhbət gedir. Amma, Ermənistanla Türkiyə arasındakı əlaqələrin normallaşması məsələsi təəssüf ki, Ermənistanın özündən o qədər də asılı olan məsələ deyil. Ermənistan indiyədək yeritdiyi işğalçılıq siyasəti sayəsində geosiyasi güclərin aləti rolunu oynamaqla, elə bir hala gəlib düşüb ki, öz beynəlxalq subyektivliyini itirib. Yəni, Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşması məsələsi Ermənistanın özündən daha çox onun asılı olduğu mərkəzlərin qərarına bağlıdır. Bu mərkəzlər əl verirmi? Məsələ burasındadır. Açığı deyim ki, mən deməzdim ki, indiki halda, tutaq ki, Türkiyə ilə Ermənistan əlaqələrinin normallaşmasının Rusiyaya tam əl verdiyini söyləmək olar. Ola bilər ki, müəyyən addımlar atılsın. Amma Türkiyə ilə Ermənistan arasında, o sıradan da Azərbaycanla Ermənistan arasında normal qonşuluq əlaqələrinə təəssüf ki, hələ çox var”.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top