“Atena” şirkətinin məhsulundan parazit çıxdı – FOTOFAKT

HADİSƏ 09 okt 2018, 11:24

Bakıda fəaliyyət göstərən məşhur şirkətin məhsulundan parazitlər çıxıb.


Demokrat.Az xəbər verir ki, paytaxt sakini Murad Abdullayev bu barədə məlumat verib.


O bildirib ki, nahar vaxtı “Atena” firmasına məxsus ayran alıb. Amma ayranı içdikdən sonra gördükləri onu təəccübləndirib: 


“İçdikdən sonra sürprizlə qarşılaşdım. Gördüm ki, dibində parazitlər var”.


M.Abdullayev insanlardan bu firmanın məhsullarını almamağı xahiş edib: “Çalışın məlumatı yayın, bu biabırçılıqdan hamının xəbəri olsun”.


Şirkətin rəsmi saytında göstərilən teefon nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdlərimiz boşa çıxdı.(Minval.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top