Türkiyədə axtarışda olan 877 nəfər saxlanıldı

REGİON 26 apr 2024, 20:45
Türkiyədə son bir həftə ərzində müxtəlif cinayətlərə görə axtarışda olan 877 nəfər tutulub.

Demokrat.az
xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Məlumata əsasən, Təhlükəsizlik Qüvvələrinin axtarış tədbirləri ölkənin paytaxtı Ankarada həyata keçirilib.

Saxlanılanlardan 5-i 20 il və , 17-si 10 il, 40-ı isə 5-10 il müddətinə azadlıqdan məhrum edilən şəxslərdir.

Qeyd edək ki, yerdə qalan şəxslər müxtəlif cinayətlərə görə şübhəli qismində saxlanılıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 may 2024, 19:40
Top