Aygün Bəylərin yaxınları tiktoker Ləmanı polisə şikayət etdi

GÜNDƏM 07 may 2024, 20:20

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi tiktoker Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Axşam.az xəbər verir ki, buna səbəb tiktokerin xanəndə ilə bağlı canlı yayımda qeyri-etik ifadə işlətməsi olub.

"Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan" deyən, Ləman ardından xoşagəlməz ifadə işlədib. 

Bunun ardından xanəndənin yaxınları ona aid olan instaqram hesabında məsələyə reaksiya verərək, polisə müraciət ediblər:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top