Müasir həyat yuxu rejiminə mənfi təsir edir

MARAQLI 07 may 2024, 20:45
İnsanın keyfiyyətli və dərin yuxu alması üçün kifayət qədər “melatonin” hormonu tələb olunur.

Demokrat.az
xəbər verir ki, bu barədə türkiyəli professor Çağlar Çuxadaroğlu “Habertürk”ə danışıb.

O bildirib ki, nizamlı və keyfiyyətli yuxu sağlamlığın qorunması üçün böyük əhəmiyyət daşıyır:

“Müasir şəhər həyatında ofis mühitində uzun müddət mavi işığa məruz qalmaq melatonin mübadiləsini pozur. Bədənin və beynin dincəlməsi, hüceyrələrin yenilənməsi üçün dərin yuxu vacibdir.

Keyfiyyətli bir yuxu üçün, gecə 23.00-24.00 radələrində və 6-7 saat yatmağı məsləhət görürük”.

Professor vurğulayıb ki, yuxu problemi olan insanlar müxtəlif əlavələrdən istifadə edə bilər:

“Həkim nəzarəti altında müəyyən diaqnoz qoyulduqdan sonra müxtəlif hormon əlavələrindən istifadə etmək olar. Lakin, bu, yuxu problemi olan hərkəsə şamil olunmur”.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top