“COP29 sərmayə axınına səbəb olacaq” — Elşad Mirbəşir

COP29 07 may 2024, 18:16
“Bu gün ətraf mühitin qorunması, iqlim dəyişikliyinə qarşı mübarizə bütün dünya ölkələrini maraqlandıran məsələdir. Bir coğrafiyadakı iqlim dəyişikliyi qlobal səviyyədə də öz təsirini göstərir”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Elşad Mirbəşir deyib. O qeyd edib ki, Azərbaycan aktiv şəkildə bərpaolunan enerji mənbələrinin yaradılması üçün mühüm addımlar atır: 

“Azərbaycan, Gürcüstan, Ruminiya və Macarıstan arasında rəsmi Bakının təşəbbüsü ilə Qara dənizin altı ilə “yaşıl enerji xətti”nin çəkilməsi barədə anlaşma imzalanıb. Bu, gələcəkdə “yaşıl enerji”nin enerji bazarına çıxarılması yönündə Azərbaycana yeni imkanlar yaradacaq. Həm də region üçün yeni ixracat sahəsi olacaq. İxrac imkanları genişləndikcə bərpaolunan enerji sahəsində daha böyük işlər görüləcək. Bunun üçün Azərbaycana böyük sərmayələr lazımdır. COP29-un ölkəmizdə keçirilməsi sərmayə axınına səbəb olacaq. Bu sahəyə investisiya qoyuluşu iqlim dəyişikliyinə qarşı ən real mübarizə yoludur. COP29-dan sonra beynəlxalq sərmayədarların ölkəmizə dəstək olacağı şübhəsizdir”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top