“Honda” bu ölkəyə 11 milyard dollar sərmayə qoyacaq

DÜNYA 26 apr 2024, 19:25
Yapon avtomobil istehsalçısı “Honda”, Kanadaya təxminən 15 milyard Kanada dolları (11 milyard ABŞ dolları) dəyərində sərmayə ayıracaq.

Demokrat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ayrılacaq məbləğ ilə Kanadanın Ontario şəhərində yeni elektrik avtomobil fabriki açmaq planlaşdırılır.

“Honda” yeni fabrikdə planlaşdırılan yerli istehsal ilə cari xərcləri 20 faiz azaltmağı hədəfləyir. 

Qeyd edək ki, şirkət Kanada hökumətindən subsidiya alınması ilə bağlı danışıqlar aparmağa davam edir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 may 2024, 19:40
Top