Keniyada daşqınlarda ölənlərin sayı 238-ə yüksəldi

DÜNYA 07 may 2024, 22:48
Keniyada 3 həftədir davam edən daşqınlarda həyatını itirənlərin sayı 238-ə yüksəlib.

Demokrat.az
xəbər verir ki, bu barədə hökumət sözçüsü İsaak Mvaura açıqlama verib.

O bildirib ki, daşqınlar nəticəsində 75 nəfər itkin düşüb, növbəti xəbərdarlıqa qədər balıq ovuna qadağa qoyulub. 

Sözçü vətəndaşları diqqətli olmağa və təxliyyə işlərini sürətləndirməyə çağırıb. 

Həmçinin, daşqından zərər çəkmiş ərazilərdə axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top