Bakıda 21 yaşlı model faciəli şəkildə öldü — FOTO

HADİSƏ 26 apr 2024, 12:41
Bakıda gənc qız dəm qazından boğulub.

Demokrat.az xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib.

Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi olub.
 
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.




SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top