60 yaşlı qadın gözəllik yarışmasının qalibi oldu

DÜNYA 26 apr 2024, 18:56
Argentinada 60 yaşlı Aliandra Marisa Rodriguez Buenos-Ayres “Miss Kainat” yarışmasının qalibi seçilib.

Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Bildirilib ki, jurnalist kimi çalışan qadın 60 yaşında bu adı alan ilk şəxs kimi tarixə düşüb.

Xatırladaq ki, ötən ilin sentyabrında gözəllik yarışmasının təşkilatçıları 2024-cü ildən yaş məhdudiyyətinin qaldırılacağını açıqlamışdı.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top