Dostunun 15 yaşlı bacısını qaçırdı, sonra isə... — MƏHKƏMƏ

KRİMİNAL 07 may 2024, 15:42
İmişli rayonunda 2001-ci il təvəllüdlü Əbülfət yetkinlik yaşına çatmayan Aynurə (adlar şərti göstərilib – red.) cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əbülfət 10 iyul 2022-ci ildə, saat 23 radələrində yaşadığı İmişli rayonunun kəndlərindən birində yerləşən fərdi yaşayış evinin ona məxsus yataq otağında qeyri-rəsmi ər-arvad münasibətində olduğu on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan Aynurə ilə onun razılığı əsasında ilk dəfə cinsi əlaqədə olaraq qızlıq pərdəsinin tamlığını pozub. 


Bundan sonra həmin evdə on altı yaşı tamam olanadək, yəni 2023-cü ilin avqustun 17-dək müntəzəm olaraq Aynurə ilə razılığı əsasında təkrarən cinsi əlaqədə olub. 

Hadisəni törədən Əbülfətin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əbülfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Aynurəni həmkəndlisi kimi tanıyıb: “Aynurənin qardaşı Mahir ilə dostluq münasibətimiz olub. Aynurə ilə 2022-ci ilin may ayında kənd ərazisində pambıq alağına gedən zaman tanış olmuşam. Həmin vaxt bir-birimizi görüb sevmişik. Bundan sonra Aynurəyə mənimlə ailə qurmağı təklif etdim. Aynurə mənimlə razı oldu. Utandığım üçün bu barədə ailə üzvlərimə bir söz demədim. Buna görə də Aynurəyə mənimlə qoşulub qaçmasını təklif etdim. Aynurədə mənimlə razı oldu”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 6 iyul 2022-ci ildə, səhər saat 10 radələrində Aynurəni evlərinin qarşısında tanımadığı taksi ilə qaçırıb: “Taksiyə Aynurənin qohumum olduğunu, Saatlı rayonuna aparacağımı dedim. Aynurə avtomobilə mindikdən sonra taksi ilə Saatlı rayonunda məscidin yaxınlığında yaşayan qardaşımın qaynanası Südabəgilə getdik. Axşama kimi orada qaldıq. Həmin gün Aynurə ilə cinsi əlaqədə olmadım. Aynurəni qaçırandan sonra ailə üzvlərimin bu barədə məlumatı oldu”. 

Əbülfət deyib ki, səhəri gün, yəni iyulun 7-də atası ona zəng vurub, nə etdiyini soruşub: “Atama Aynurəni evlənmək niyyəti ilə qaçırdığımı dedim. Atam məndən Aynurəni evə gətirməyimi istədi. Bundan sonra Aynurəni evə apardım. Aynurənin yaşı az olduğu üçün toy etmədik. Əvvəllər Aynurənin yaşını bilməmişəm. Aynurənin 16 yaşını tamam etmədiyini qaçıran gün bilmişəm. Evimizə gəldikdən 3 gün sonra Aynurə ilə cinsi əlaqədə olmuşam. Bundan sonra yaşadığım evdə normal ailə münasibətində olmağa davam etdik. Evləndikdən 6-7 ay sonra Aynurənin hamilə olmasını bildik. Aynurənin hamilə olmasını bildikdən sonra İmişli rayon mərkəzi xəstəxanasına müraciət etdik. Avqustun 13-də İmişli rayon mərkəzi xəstəxanasında bizim qız övladımız dünyaya gəlib”. 

İş üzrə zərərçəkmiş Aynurənin sözlərinə görə, 2022-ci ilin mayında anası ilə birlikdə kənd ərazisində pambıq əkininə gedən zaman Əbülfət ilə bir-birilərini görüb və tanış olublar: “Bir-birimizdən xoşumuz gəldikləri üçün Əbülfət mənə evlilik təklif etdi. Mən də Əbülfətlə razılaşdım. Əbülfətə ailə üzvlərinin elçi göndərməsini dedim. Əbülfət isə maddi sıxıntılara görə elçi göndərə bilməyəcəyini dedi. Bundan sonra Əbülfət qoşulub qaçmağı təklif etdi. Mən də Əbülfətin təklifi ilə razı oldum”. 

Aynurə qeyd edib ki, iyulun 6-da, saat 10 radələrində əvvəlcədən aralarında da olan razılığa əsasən Əbülfət onu evinin qarşısından tanımadığı taksiyə mindirib, Saatlı rayonuna qohumunun evinə aparıb: “Həmin gün Əbülfət ilə aramızda hər hansı bir münasibətimiz olmadı. Səhəri gün Əbülfətin atası zəng edərək, məni də götürüb evə gəlməsini dedi. Əbülfət də atasının dedikləri ilə razılaşdı. Bundan sonra Əbülfətgilin yaşadığı evə getdik”. 

Aynurənin sözlərinə görə, iyulun 10-da Əbülfət ilə təbii yolla cinsi əlaqədə olub: “Bundan sonra Əbülfət ilə mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmağa davam etdik. 2022-ci ilin dekabrında hamilə olmağımı bildim. Hamilə olmağımı bildikdən sonra İmişli rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə müraciət etdim. Həmin vaxt mütəmadi olaraq həkimə gedib-gəlirdik. 13 avqust 2023-cü ildə İmişli rayon mərkəzi xəstəxanasında qız uşağı dünyaya gətirdim. Əbülfətə qarşı heç bir şikayətim və tələbim yoxdur”.

Bu cinayət işinə İmişli Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Əbülfətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 3 ay müddətə şərti cəza alıb. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top