İlk dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

DÜNYA 26 apr 2024, 18:41
İngiltərədə dəri xərçənginin ən ölümcül növü olan melanomaya qarşı dünyada ilk "fərdiləşdirilmiş" mRNT peyvəndinin sınaqları keçirilir.

Demokrat.az xəbər verir ki, bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, sözügedən peyvənd immunitet sisteminə xərçəng hüceyrələrini tanımaq və məhv etməyə kömək üçün hazırlanıb. 

Bu yolla xərçəngin təkrarlanmasının qarşısını almaq mümkündür.

Peyvəndin hazırlanmasında mövcud COVID vaksinləri ilə eyni texnologiyadan istifadə edilir.

Qeyd edək ki, hazırda peyvəndin 3-cü sınaq mərhələsi davam etdirilir.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top