Yapı Kredi Bank 18 kq-a yaxın batareya təhvil verdi

SOSİAL 07 may 2024, 10:00
"Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Qırmızı Ürəklər" fondunun birgə təşkilatçılığı ilə keçirilən "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsinə Yapı Kredi Bank Azərbaycan da qoşulub və işlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək üçün Yapı Kredi Bank Azərbaycan baş ofis və filiallardan topladığı təhlükəli tullantı kateqoriyasına daxil olan 18 kq-a yaxın çəkidə işlənmiş batareyaları müvafiq qurumun əməkdaşlarına təhvil vermişdir.

Qeyd edək ki, batareyaların tərkibində olan ağır metallar və digər zəhərli komponentlər ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükədir. İstifadə müddəti bitmiş batareyalar ümumi tullantılarla qarışdıqda təbiətdə hava, su və torpaqla reaksiyaya girərək erroziyaya uğrayır, üst örtüyü məhv edir. Nəticədə, tərkibindəki ağır metallar torpağa və suya qarışaraq insanları və heyvanları zəhərləyir, onların həyatına təhlükə yaradır, bitki örtüyünü məhv edir.

Bu səbəbdən də "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir.

Yapı Kredi Bank Azərbaycan ISO 14001:2015 sertifikatına sahib olan ilk bank kimi, ekoloji göstəriciləri daha da yaxşılaşdırmaq, iqlim dəyişikliyi ilə mübarizədə daha aktiv rol oynamaq və ətraf mühiti qorumaq məqsədilə tədbirlər görməkdədir. Bu, bankın əsas məqsədləri arasında yer alır və ətraf mühitə olan təsirini minimum səviyyəyə endirmək üçün ciddi addımlar atılmasını nəzərə alır. Həmçinin, bankımız dayanıqlı və sosial məsuliyyətli biznesləri bir araya toplayan Birləşmiş Millətlər Təşkilatının Qlobal (UN Global Compact) Sazişinə də qoşulub.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan “Yapı Kredi Bank Azərbaycan” QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 may 2024, 12:15
Top