"Real Madrid" ulduz futbolçunu heyətdən kənarlaşdırdı

İDMAN 26 apr 2024, 19:10
Xəbər verdiyimiz kimi, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti dünən "Real Sosyedad"la oynanılacaq oyunun heyəti açıqlamışdı.

Bu gün, La Liqada səfərdə "Real Sosyedad"la qarşılaşacaq "Real Madrid" komandasında şok qərar verilib.

Belə ki, mədəsində problem olduğu üçün kənarlaşdırılan Cud Bellinqem matçın heyətinə daxil edilib. 

Digər tərəfdən, qripə yoluxmasına baxmayaraq heyətə daxil olan Rodriqo heyətdən uzaqlaşdırılıb.

Qeyd edək ki, qərarın hansı səbəbdən verildiyi açıqlanmayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top