“Zirə” səfərdə “Turan Tovuz”a qalib gəldi

İDMAN 05 may 2024, 20:15

Futbol üzrə Azərbaycan Premyer Liqasında 33-cü turun növbəti oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, günün ilk matçında “Zirə” səfərdə “Turan Tovuz”la üz-üzə gəlib.

Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində 14-cü dəqiqədə Salifu Suma, 70-ci dəqiqədə isə Sezar Meza Kolli fərqləniblər.

Meydan sahiblərinin yeganə qoluna isə 52-ci dəqiqədə Fərid Nəbiyev imza atıb.

Bu nəticədən sonra xallarının sayını 52-yə çatdıran “Zirə” ikinci pilləyə yüksəlib. “Turan Tovuz” isə 42 xalla yeddincidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top