"Qarabağ" hücumçusu ilə müqavilənin müddətini uzadıb

İDMAN 05 may 2024, 13:42
"Qarabağ" klubu futbolçusu Nəriman Axundzadənin müqaviləsinin müddətini uzadıb.

Demokrat.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.

Nəriman Axundzadə ilə 2028-ci ilin iyununa qədər sözləşmə imzalanıb.

Qeyd edək ki, Azərbaycan çempionu bir gün əvvəl müdafiəçi Bəhlul Mustafazədə ilə müqavilənin müddətini 3 illik artırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top