Abşeronda şok olay: Kişi azyaşlı qıza əxlaqsız hərəkətlər etdi

KRİMİNAL 04 iyn 2020, 13:57

Abşeron rayonunda azyaşlıya qıza qarşı əxlaqsız hərəkətlər edilib.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, Abşeron rayon sakini Həsənov Zaur Bəylər oğlu rayon ərazisində azyaşlı qıza əxlaqsızlıq hərəkətlər törədib. 


Azyaşlının valdeyinləri baş verən hadisə ilə bağlı Abşeron rayon Polis İdarəsinə müraciət ediblər. 


Araşdırmalar zamanı məlum olub ki, Zaur Həsənov cinsi ehtirasını söndürmək üçün azyaşlı qızı kimsəsiz yerə aparıb və orada ona qarşı çirkin niyyətini həyata keçirib. 


İstintaq orqanı tərəfindən Zaur Həsənovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər törətmək) maddəsi ilə ittiham elan edilib. 


Onun barəsində olan cinayət işi tamamlanıb və cinayət işi baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 


Cinayət işi araşdırılması üçün hakim Vaqif Həsənovun icraatına verilib. 


Proses qapalı keçiriləcək.

 
Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top