Kadırovun ağciyərlərinin 70 faizi zədələnib — VİDEO

DÜNYA 23 may 2020, 11:28

Çeçenistan rəhbəri Ramzan Kadırovun ağciyərlərinin 70 faizi zədələnib.


Demokrat.az-ın məlumatına görə, bu barədə “Komsomolskaya pravda” mənbəsinə istinadla xəbər yayıb.


Nəşrin adı açıqlanmayan müsahibinin sözlərinə görə, R.Kadırovun ağciyərlərinin çox hissəsinin zədələnməsi onun koronavirusu ağır keçirdiyini göstərir.


Xatırladaq ki, srağagün Çeçenistan rəhbəri COVID-19-a yoluxma şübhəsi ilə Moskvada xəstəxanaya yerləşdirilib.


Onun iki-üç həftə əvvəl respublikanın Urus-Martan rayonunun rəhbəri Valid Abdurraşidovu xəstəxanada ziyarəti zamanı yoluxduğu ehtimal olunur.(oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top