Polis “İkoş” ləqəbli qadın narkotaciri tutdu — FOTOLAR

KRİMİNAL 18 yan 2020, 13:03

Abşeron rayonunda “İkoş” ləqəbli qadın narkotacir tutulub.


Demokrat.az “report”a istinadən xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.


Belə ki, Mehdiabad Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı 1996-cı il təvəllüdlü İlkanə Nəbiyeva isti izlərlə tutularaq məsuliyyətə cəlb olunub.


Onun yaşadığı Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi, bina 10, mənzil 12-yə baxış keçirilən zaman, oradan küllü miqdarda xüsusi bükümdə olan 5 qram heroin, 2 qram metodin kristal, bir ədəd tərəzi və digər narkotik maddələr tapılaraq aktlaşdırılıb. İlkanə Nəbiyeva bütün maddi sübutlarla polis bölməsinə gətirilib.


O, bu işlə iki ildir məşğul olduğunu və 8 aydır heroin satdığını bildirib.


Onun məhkumluğunun olmadığı və cinayət əməlinə qardaşına görə qurşandığı bildirilib.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top