İdman

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

Salyanda qalib idmançılarla görüş keçirildi — FOTOLAR

20-21 dekabr 2021-ci il tarixlərdə “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının və Dünya Fudokan Federasiyasının (DFF) Azərbaycan Respublikasında rəsmi və səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və Zəfər Gününə həsr edilmiş uşaq, yeniyetmə, gənclər və böyüklər arasında kempo, qocyu-ryu və fudokan idman növləri üzrə XXV açıq Respublika çempionatı və birinciliyi keçirilib.

Demokrat.az xəbər verir ki, Açıq Respublika çempionatı və birinciliyində iştirak edən Salyan idmançıları aşağıdakı nəticələri qazanıblar:

Kəmər uğrunda döyüşlərdə:

Aşurov Şahin Vüqar oğlu 76 kq-da I yer

Həşimzadə Dilavər Hakim oğlu 59 kq-da I yer

Çempionat döyüşlərində:

Həsənli Vəli Elçin oğlu 62 kq-da I yer

Səlimzadə Emil Vüqar oğlu 24 kq-da II yer

Əliyev Mirzağa Elxan oğlu 33 kq-da II yer

Nəsirov Toğrul Asim oğlu 70 kq-da III yer

Rüstəmov İsmayıl Şahin oğlu 69,5 kq-da II yer

Tağıyev Nemət Rüstəm oğlu 48 kq-da I yer

Tağıyev Sahib Babək oğlu 45 kq-da II yer

Hüseynzadə Natiq Seyran oğlu 112 kq-da II yer

Bu gün Salyan rayon Gənclər və İdman İdarəsində qələbə münasibəti ilə qalib idmançılarla görüş keçirilib.

Görüş zamanı Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalibləri təbrik edərək bildirib ki, bu gün ölkəmiz idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Ölkəmizin hər yerində olduğu kimi Salyanda da idmanın müxtəlif sahələri inkişaf etməkdədir. Salyan idmançıları istər beynəlxalq, istərsə də ölkədaxili yarışlarda böyük nailiyyətlər qazanıblar. İdmançılarımız idmanda olduğu kimi, Vətən müharibəsində də düşmənə layiqli dərs veriblər. Onlar idman yarışlarında olduğu kimi, gərgin döyüşlərdə də mərdlik, qorxmazlıq və şücaət göstərərək torpaqlarımızı azad ediblər.

Demokrat.az

D
demokrat.az