Sosial

Operativ Qərargah məlumat yaydı

Operativ Qərargah məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus ("COVID-19") əleyhinə 26 775 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 048, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 326, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.

D
demokrat.az