Region

Türkiyə ötən il nə qədər terrorçu zərərsizləşdirib?

Türkiyə ötən il nə qədər terrorçu zərərsizləşdirib?

Türkiyə ötən ilhəyatakeçirilən əməliyyatlar zamanı müxtəlif terror qruplaşmalarının 1 140 üzvünü zərərsizləşdirib.

Bu barədəTürkiyənin Daxili İşlər Nazirinin müavini və nazirliyin mətbuat katibi İsmayıl Çataklı məlumat verib.

Ötən il terrorçuların 84 liderinin zərərsizləşdirildiyi qeyd olunub.

Çataklı xatırladıb ki, PKK terror təşkilatı 40 ildir ki, ölkə ərazisində silahlı hücumlar həyata keçirir. Onun sözlərinə görə, hazırda dağlarda 156 terrorçu gizlənir.

2021-ci ildə Türkiyə hüquq-mühafizə orqanları ölkə daxilində 143 321 antiterror əməliyyatı keçirib ki, bunun da 19 162-si iri şəhərlərdə, 124 159-u isə kənd yerlərində baş tutub.

2021-ci ildə həyata keçirilən əməliyyatlar nəticəsində terrorçuların 1 548 sığınacağı məhv edilib.

D
demokrat.az