Dünya

Türkiyədə ağır qəza 7 nəfərin həyatına son qoydu — FOTO

Türkiyədə ağır qəza 7 nəfərin həyatına son qoydu — FOTO

Türkiyənin İstanbul şəhərində iki avtomobil toqquşub, 2-si uşaq olmaqla 7 nəfər ölüb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, meyitlər Aksaray Tədris və Araşdırma Xəstəxanasının morquna aparılıb.

Qəza nəticəsində yolda bir müddət nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az