Dünya

Ermənistana uçan təyyarənin mühərriki alovlandı — VİDEO

Ermənistana uçan təyyarənin mühərriki alovlandı — VİDEO

“Utair” aviaşirkətinə məxsus təyyarənin Rusiyanın Tümen şəhərindən İrəvana icra etdiyi uçuş alovlanan mühərrik səbəbiylə təxirə salınıb.

“Səfər saat 07:20-də olmalı idi. Uçuş zamanı mühərrik partladı. Uçuş ləğv edildi. Sərnişinlərin yarısı evə getdi. Axşama yeni reys vəd edilir”, - deyə sərnişinlərdən birinin qohumu bildirib. Hadisə ilə bağlı video internetdə yayılıb. Təyyarənin sol qanadının altında alovlanma görünür. Hadisə ilə bağlı məlumat “Roşino” hava limanından təsdiqlənib.(oxu.az)

D
demokrat.az