Sosial

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlandı

Bakıda məktəbi fərqlənmə attestatı ilə bitirən şagirdlərin sayı açıqlandı

Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərini 2 284 nəfər fərqlənmə attestatı ilə başa vurub.

Bu barədə Demokrat.az-a İdarədən məlumat verilib.

Qeyd olunub ki, onlardan 1520 nəfər ümumi orta təhsil (IX sinif) səviyyəsi üzrə, 764 nəfər isə tam orta təhsil (XI sinif) səviyyəsi üzrə fərqlənmə attestatı alıb.

Demokrat.az

D
demokrat.az