Hadisə

Göyçay sakinindən qanunsuz saxladığı silah götürüldü

Göyçay sakinindən qanunsuz saxladığı silah götürüldü

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Potu kənd sakini Rövşən Məmmədovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi götürülüb.

Onun barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Demokrat.az

D
demokrat.az