İdman

Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurdu

Azərbaycanlı futbolçu Türkiyədə növbəti qolunu vurdu

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli çıxış etdiyi Türkiyənin "Keçiörengücü" komandasında növbəti qolunu vurub.

Demokrat.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi evdə "Erzurumspor"la 3:3 hesablı heç-heçə etdikləri I liqanın XVII tur matçında fərqlənib.

Fasilədən sonra meydana daxil olan oyunçu görüşün əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə rəqib qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib.

Qeyd edək ki, bu, Vüsal İsgəndərlinin "Keçiörengücü" klubunda 4-cü qoludur.(report.az)

D
demokrat.az