Xarici siyasət

“Ukrayna-Ankara-Bakı arasında münaqişələrin həlli üçün geosiyasi müstəvi yaranacaq”

“Ukrayna-Ankara-Bakı arasında münaqişələrin həlli üçün geosiyasi müstəvi yaranacaq”

“Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Brüssel samitindəki görüşü bir daha Azərbaycanın Türkiyə ilə bərabər bizim ölkənin strateji tərəfdaşı olduğunu təsdiqləyir”.

Bunu “Report”un Şərqi Avropa bürosuna açqlamasında Ukrayna Ali Radasının (parlament) hakim “Xalqın xidmətçisi” partiyasından deputatı Valeriy Kolyux bildirib.

O qeyd edib ki, Ukraynaya Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi təcrübəsi olduqca lazımlıdır:

"Biz bu problemin həllini bütün beynəlxalq formatlarda axtarırıq - Normand formatında və Brüsseldə. Bu səbəbdən Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycan prezidenti İlham Əliyevin Türkiyə prezidenti Ərdoğanla birgə Ukraynaya rəsmi səfər etrməsi təklifi bir daha təsdiqləyir ki, biz təkcə strateji tərəfdaş deyilik, həmçinin biz Ukraynaya aid olan ərazi bütövlüyünü təmin etməsi yollarını axtarırırq. Bu səbəbdən ümid edirik ki Ukrayna – Ankara - Bakı rasında postsovet məkanındakı münaqişələrin həllinə yönələcək geiosiyasi müstəvi yaranacaq".

Deputat qeyd edib ki, Azərbaycan prezidentinin Brüsseldəki görüşləri onu göstrərdi ki, hətta öz opponentləri ilə də danışıqlar masasına oturmaq lazımdır və bu onu deməyə əsas verir ki, tezliklə sərhədlərin delimitasiyasını həyata keçirmək lazımdır:

"Sülh müqaviləsi imzalamaq lazımdır. Bunu Azərbaycan Prezidenti dəfələrlə mövqei kimi ortaya qoyub. Çünki, müharibə pisdir və hər zaman dinc insanların ölümünə səbəb olur, bu səbəbdən bütün məsələləri diplomatik yolla həll etmək lazımdır” - deyə, o əlavə edib.

Demokrat.az

D
demokrat.az