İdman

Hindistanlı sabiq dünya çempionundan Bakı ilə maraqlı paylaşım — VİDEO

Hindistanlı sabiq dünya çempionundan Bakı ilə maraqlı paylaşım — VİDEO

Hindistanlı sabiq dünya çempionu Vişvanatan Anand Bakı ilə bağlı maraqlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, sabah Bakıda başlayacaq Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirin iştirakçısı kimi ölkəmizə gəlmiş Anand “Fairmont” hotelindən görüntü paylaşıb.

O, üzərinə “Vüqar Həşimov” sözləri yazılmış binaya diqqəti cəlb edərək bunun gecə səmasına qarşı gözəl görüntü olduğunu və izləyicilərindən daha da yaxşı görmələri üçün “zoom” etmələrini bildirib.

Qeyd edək ki, 7-ci dəfə keçiriləcək beynəlxalq şahmat turnirində Vişvanatan Ananddan başqa, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli (hər üçü Azərbaycan), David Navara (Çexiya), Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya) və Rixard Rapport (Macarıstan) mübarizə aparacaq.

View this post on Instagram

A post shared by Viswanathan Anand (@vishy.mindmaster)

Demokrat.az

D
demokrat.az