Sosial

Bu işçilərin orta aylıq əməkhaqqı artıb

Bu işçilərin orta aylıq əməkhaqqı artıb

Azərbaycanda cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olub.

Əməkhaqqı neft-qaz sektorunda 3157,3 manat, qeyri neft-qaz sektorunda 674 manat təşkil edib.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 641,5 manat, özəl müəssisələrdə isə 819,3 manat olub.

Demokrat.az

D
demokrat.az