Hadisə

İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı

İcra başçısının ölümü ilə bağlı cinayət işi açıldı

Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimovun ölümü ilə bağlı cinayət işi başlanıb.

Yasamal rayon Prokurorluğundan Demokrat.az-a verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq) maddəsi ilə iş başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin olunub və zəruri istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Rövşən İbrahimov fevralın 24-də gecə saatlarında Bakının Yasamal rayonu ərazisində yerləşən mənzilində dünyasını dəyişib. Onun dəm qazından zəhərlənərək öldüyü ehtimal edilir.

D
demokrat.az